PulsoGym HT03 - ayaq presi üçün premium sinif İzolateral (müstəqil) Sərbəst Çəki Trenajordur. Aşağı bədən əzələlərini, xüsusən də quadriseps, hamstrings və glutes əzələlərini məşq etmək və gücləndirmək üçün istifadə olunur. Trenajor hər bir ayağa ayrı-ayrılıqda, müstəqil şəkildə pres hərəkəti etməyə imkan verir.
Əsas Xüsusiyyətlər:
Peşəkar istifadə üçün istehsal olunub
Korpusun deformasiyasının qarşısını almaq və onun uzunmüddətli dayanıqlığını təmin etmək üçün, metal hissələr 3 mm qalınlığında yüksək keyfiyyətli polad profildən hazırlanıb və aşınmaya davamlı iki qatlı polimer boya ilə örtülüb.
Dayaq üçün 2 geniş metal lövhə ilə təchiz olunub
Arxa yastığın forması hərəkət zamanı istifadəçinin dayanıqlığını artırır
Ağırlıq disklərinin saxlanması üçün 2 ədəd əlavə qolla təchiz olunub
İstifadəçinin mövqeyini onun boyuna uyğun tənzimləmək üçün oturacaq hərəkərli dəmir relslərlə təchiz olunub
Çərçivənin materialı | Oval Metal Boru |
Metalın qalınlığı | 3mm |
Çərçivənin rəngi | Tutqun Qara (istəyə uyğun Gümüşü Boz, Ağ, Sarı, Qırmızı rənglər mümkündür) |
Qolların rəngi | Sarı (istəyə uyğun Tutqun Qara, Gümüşü Boz, Ağ, Qırmızı rənglər mümkündür) |
Oturacağın rəngi | Qara |
Ölçüləri (UxExH) | 1715×1775×1525mm |
Qablaşdırma qutusunun ölçüləri (Dikt taxta qutu) | 1670×1120×770mm |
Çəki - Netto | 198 kq |
Layihələndirmə və Dizayn ölkəsi | Portuqaliya |
İstehsal ölkəsi | Çin |