PulsoGym HP26 - ayaq əzələlərini, xüsusən də budun dördbaşlı əzələsini məşq etdirmək və gücləndirmək üçün premium sinif, sərbəst çəki tipli Hak Çömbəlmə (Hack Squat) trenajorudur. Bu trenajor Hak Çömbəlmə hərəkətini nəzarətli və idərə olunan şəkildə icra etməyə imkan verir.
Əsas Xüsusiyyətlər:
Peşəkar istifadə üçün istehsal olunub
Korpusun deformasiyasının qarşısını almaq və onun uzunmüddətli dayanıqlığını təmin etmək üçün, metal hissələr 3 mm qalınlığında yüksək keyfiyyətli polad profildən hazırlanıb və aşınmaya davamlı iki qatlı polimer boya ilə örtülüb.
Ağırlıq disklərinin saxlanması üçün 4 ədəd əlavə qolla təchiz olunub
Çərçivənin materialı | Oval Metal Boru |
Metalın qalınlığı | 3 mm |
Çərçivənin rəngi | Tutqun Qara (istəyə uyğun Gümüşü Boz, Ağ, Sarı, Qırmızı rənglər mümkündür) |
Qolların rəngi | Sarı (istəyə uyğun Tutqun Qara, Gümüşü Boz, Ağ, Qırmızı rənglər mümkündür) |
Oturacağın rəngi | Qara |
Ölçüləri (UxExH) | 2246×1643×1382 mm |
Qablaşdırma qutusunun ölçüləri (Dikt taxta qutu) | 2140×1120×730 mm |
Çəki - Netto | 234 kq |
Layihələndirmə və Dizayn ölkəsi | Portuqaliya |
İstehsal ölkəsi | Çin |