Güc trenajoru Abdominal Crunch/Low Back STL28 - iki funksiyalı (ikisi birində) premium sinif press və bel trenajorudur. Bu trenajor qarın nayihəsinin yuxarı, aşağı, əyri əzələlərini və aşağı bel nahiyəsinin əzələlərini xüsusən də onurğa əzələlərini gücləndirmək üçün xüsusi olaraq hazırlanmışdır. Bu əzələlər qamətin düzgün saxlanmasında, onurğanın dəstəklənməsində və arxaya əyilmək və ya kürəyi düzəltmək kimi müxtəlif hərəkətlərə kömək etməkdə mühüm rol oynayır.
Əsas Xüsusiyyətlər:
Peşəkar istifadə üçün istehsal olunub
Korpusun deformasiyasının qarşısını almaq və onun uzunmüddətli dayanıqlığını təmin etmək üçün, metal hissələr 3 mm qalınlığında yüksək keyfiyyətli polad profildən hazırlanıb və aşınmaya davamlı iki qatlı polimer boya ilə örtülüb.
Tənzimlənən diyircəkli yastıq və sabit oturacaq müxtəlif boylu idmançılar üçün rahatlıq və sabitliyi maksimum dərəcədə artırır, onlara düzgün mövqe tutmağa kömək edir.
Çəki daşları oturacaqdan alçatandır və istifadəçi onları asanlıqla dəyişərək məşq hərəkətlərinə təhlükəsiz davam edə bilir